“Yuventus” 15 milyon avroya razılaşdı

“Yuventus”un yarımmüdafiəçisi Rikkardo Orsolini “Bolonya”dakı karyerasına davam edəcək.

Komanda.az “Tuttosport”a istinadən xəbər verir ki, icarə əsasında “Bolonya”da çıxış edən futbolçu, klubdan ayrılmayacaq. İki klubun rəsmiləri arasında aparılan danışıqlardan sonra 22 yaşlı futbolçunun 15 milyon avro müqabilində “Bolonya”da qalmasına razılıq verilib.

2018-ci ilin yanvarından “Bolonya”da çıxış edən italiyalı futbolçu, bu mövsüm iştirak etdiyi 37 oyunda 10 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button