
Ukrayna millisinin hücumçusu “Bolonya”ya keçir
Ukrayna millisinin və “Roma”nın hücumçusu Artem Dovbik yeni mövsümü “Bolonya”da keçirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bolonya” 29 yaşlı forvardın 2026/27 mövsümünün sonuna qədər paytaxt təmsilçisindən icarəyə götürülməsi ilə bağlı razılıq əldə edib.
Dovbikin tibbi müayinəsi sabah keçiriləcək.
Ukraynalı hücumçu ötən mövsüm A Seriyasında “Roma”nın heyətində 14 oyuna çıxıb və 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



