“Napoli”nin hücumçusu İtaliyada klubunu dəyişə bilər

“Napoli”nin hücumçusu Lorenzo Lukkanın karyerasında yeni bir seçim var.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bolonya” 25 yaşlı futbolçuyla maraqlanır. Komandanın baş məşqçisi Vinçenzo İtalianonun qərarının niderlandlı hücumçu Teys Dallinqanın planları ilə sıx bağlı olduğu bildirilir. Dallinqa klubdan ayrılsa, “Bolonya”nın mütləq Lukkaya ehtiyacı olacaq.

“Bolonya” hazırda İtaliya A Seriyasının turnir cədvəlində 8-ci yerdədir. Komanda 25 yanvarda keçiriləcək oyunda “Cenoa” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button