Boatenqin yeni klubu məlum olub

Almaniya millisinin və “Bayern”in sabiq üzvü Jerom Boatenqin yeni klubu müəyyənləşib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi İtaliyanın “Salernitana” klubuna keçib. Gün ərzində klubun bununla bağlı rəsmi açıqlama yayacağı gözlənilir.

Filippo İnzaqinin çalışdırdığı “Salernitana” hazırda A Seriyasında 12 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button