Boatenq İtaliya klubunda

Almaniya milli komandasının sabiq üzvü Jerom Boatenqin yeni klubu bəlli olub.

Komanda.az xəbər verir ki, 35 yaşlı müdafiəçi karyerasını İtaliyada davam etdirəcək. Təcrübəli futbolçu “Salernitana” ilə razılıq əldə edib.

Boatenq hazırda tibbi müayinədən keçir. O, yeni klubu ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Jerom Boatenq son olaraq “Lion”da çıxış edib. Mərkəz müdafiəçisi 2023-cü ilin iyul ayından klubsuz idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button