“Bney Yehuda” – “Neftçi”: Təyinatlar açıqlandı

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Bney Yehuda” – “Neftçi” matçına təyinatlar açıqlanıb.

Komanda.az xəbər verir ki, qarşılaşmanı İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Daniele Doveri olacaq. Ona Alessandro Kostantso və Alesio Tolfo kömək edəcək. Dördüncü hakim funksiyasını isə Fabritsio Paskua yerinə yetirəcək. Görüşün hakim-inspektoru fransalı Stefan Lannoy, UEFA nümayəndəsi isə estoniyalı Tarqo Kaldoya olacaq.

“Bney Yehuda” – “Neftçi” matçı avqustun 15-də, saat 21:00-da start götürəcək. Komandalar arasındakı ilk oyun qollu bərabərə bitib – 2:2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button