“Bizi tənqid edənləri susdurmaq üçün burdayıq” – Zidan

İspaniya La Liqasının 7-ci turunda “Barselona”ya 3:1 hesabı ilə qalib gələn “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı mütəxəssis, oyundan razı qaldığını bildirib:

“Bu, komanda qələbəsidir. Möhtəşəm oyun nümayiş etdirdik. Burdan üç xalla ayrılmaq asan deyil. Son zamanlarda tənqidləri də nəzərə alsaq, sakit qalmalı idik. Son günlərdə deyilənlərdən sonra komandanın bu gün göstərdiyi oyundan məmnunam. Bu qələbəyə layiq idik. Bu gün meydanda etdiyimizi növbəti oyunlarda da təkrarlamalıyıq. Bizi tənqid edənləri susdurmaq üçün burdayıq. Edə biləcəklərimizə inanırıq”.