“Bizi sabah maraqlı oyun gözləyir” – Emil Balayev

Azərbaycan milli komandasının qapıçısı Emil Balayev Malta yığmasına qarşı keçiriləcək yoldaşlıq matçından öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, təcrübəli qolkiper uzun fasilədən sonra yenidən yığmaya dəvət aldığı üçün məşqçilər heyətinə təşəkkür edib və düşərgədəki ab-havanı yüksək qiymətləndirib:

“Uzun müddətdən sonra yenidən millidə olduğum üçün çox sevinirəm. Mənə etimad göstərdikləri üçün məşqçilərimizə təşəkkürümü bildirirəm. Bizi sabah maraqlı oyun gözləyir. Komandada çox yaxşı ab-hava var. Üç gün Bakıda məşq etdik və artıq dörd gündür Avstriyadayıq. Kollektivdə əsl ailə atmosferi var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button