“Bizdə yaxşı oyunçular var, sadəcə pis vərdişlər formalaşıb”

“Tottenhem”in baş məşqçisi İqor Tudor Premyer Liqanın turnir cədvəlində komandanın çətin vəziyyəti ilə bağlı danışıb.

Komanda dünən London derbisində doğma meydanda “Arsenal”a 1:4 hesabı ilə məğlub olub. “Tottenhem” hazırda 27 turdan sonra Premyer Liqada turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb və komandanı düşmə zonasından dörd xal ayırır.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, jurnalistlər ağır məğlubiyyətdən sonra müvəqqəti baş məşqçi İqor Tudora komandanın Çempionşipə yuvarlanmaq təhlükəsi ilə bağlı sual ünvanlayıblar. Tudor isə Premyer Liqada qalacaqlarına tam inandığını bildirib:

“Əlbəttə ki, buna tam əminəm. Məncə, bizdə yaxşı oyunçular var, sadəcə pis vərdişlər formalaşıb. Bunlar keyfiyyətli futbolçulardır və heç kim onların ustalığının çatmadığını deyə bilməz. Bizim əsas vəzifəmiz düşüncə tərzini dəyişmək və matçların ilk dəqiqələrindən maksimum diqqətli olmaqdır”.

“Tottenhem” martın 1-də səfərdə “Fulhem”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button