“Biz sözümüzü “Beşiktaş”la matçda deyəcəyik”

“Neftçi” PFK ilə “Aqua Life” markası ilə klubun su təminatını həyata keçirəcək “Maximus” MMC arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, tədbirdə iştirak edən “Aqua Life”ın direktoru Taleh Məmmədov, “Maximus” MMC-nin təsisçisi Elnur Kosayev, “Neftçi” PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov jurnalistlərin suallarını cavablandırıblar.

  • Əməkdaşlıq müqaviləsinin müddətinin uzadılmaq ehtimalı nə qədərdir?
    Elnur Kosayev
    : “İnşallah, müqavilə daha uzunömürlü olar. Bir illik müqavilə təşkilatçılığın ilkin mərhələsi sayılır”.
  • UEFA-nın qərarına görə, avqustun 10-da Bakı şəhərində üç avrokubok matçı keçiriləcək. Bu amil “Neftçi”yə nə qədər təsir göstərə bilər?
    Fərrux Mahmudov
    : “Bir gündə üç futbol matçının keçirilməsi məsələsində bir problem görmürük. İnanırıq ki, azarkeşlərimiz bizi dəstəkləyəcəklər. Biz onlara inanırıq. Oyundankənar çox fikir səsləndirilir. Biz sözümüzü “Beşiktaş” ilə matçda deyəcəyik”.
  • Hansı səbəbdən məhz “Aqua Life” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalamaq barədə qərar qəbul etdiniz?
    Fərrux Mahmudov
    : “Fikrimizcə, bizimlə əməkdaşlıq etmək istəyən şirkətlərlə eyni dəyəri daşımalıyıq. “Aqua Life”la eyni dəyərlərlə daşıdığımız üçün onlarla əməkdaşlıq müqaviləsi imzaladıq. İdmançı üçün mineral suyun vacibliyi olduqca önəmlidir”.
  • Nə üçün məhz “Neftçi” PFK ilə müqavilə imzaladığınız?
  • Elnur Kosayev: “Neftçi” Azərbaycan futbolunun özüdür. Bu klub marketinq sahəsində də uğurlu addımlar atır. Onlarla müqavilə imzalamaq bizim üçün çətin və ya düşündürücü məsələ olmadı. Təklif “Neftçi” PFK-dan gəldi. Araşdırmalar aparıldı, qərar verildi və görüş təyin edildi”.
  • Stadionun adının “Neftçi Arena” adlandırılması sponsor tapa bilməməyinizlə bağlıdır? Həm də bu stadion AFFA-nın balansındadır…
    Fərrux Mahmudov
    : “Əslində, stadionun adı ilə bağlı sponsorlar var idi. Bizim AFFA ilə şərtlərimiz də var. Stadionun adı “Neftçi Arena” olacaq”.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button