
Amorim: “İndi Şounun çox yaxşı vəziyyətdə olduğunu görürəm”
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim müdafiəçi Luk Şounun hazırkı formasına münasibət bildirib.
İngiltərəli futbolçu karyerasıboyu zədələrlə üzləşsə də, bu mövsümdə nəhayət, sabitlik qazanıb. O, Premyer Liqada “qırmızı şeytanlar”ın bütün 15 oyununda start heyətində meydana çıxıb.
Komanda.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı mətbuat konfransında Şounun sağlamlığına diqqət yetirdiklərini deyib:
“Biz Şounun sağlamlığına diqqət yetiririk, amma indi bu barədə problem yoxdur. Düşünürəm ki, o, çox motivasiyalıdır, bu da kömək edə bilər. Bəzən özünü yaxşı hiss etmək və bədənini anlamaq üçün yalnız bir mövsüm kifayətdir. Konkret səbəbi bilmirəm, amma indi Şounun çox yaxşı vəziyyətdə olduğunu görürəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



