“Biz “Liverpul”uq və bütün futbolçular nə etmək lazım olduğunu bilir” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasında 18-ci turdan təxirə salınmış oyunda “Vest Hem”i 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, alman mütəxəssis, cari mövsümdə Premyer Liqadakı bütün komandalara qalib gəlmələri haqqında danışıb:

“Düzü, bu haqda düşünmürəm. Oyundan əvvəl heç kim “18 komandaya qalib gəlmişik, indi 19-cuya qalib gələk” deyə, fikirləşmirdi. Bu gün mükəmməl oyun göstərmədik, daha yaxşısını edə bilərdik. Amma bu qədər oyunda qalib gəlmək və xal qazanmaq asan olsaydı, bunu başqa komandalar da edə bilərdi. Bu, həqiqətən çətindir. Hər zaman ən yaxşı oyunumuzu göstərmək mümkün olmur. Vacib olan qələbə qazanmaq idi. Bu gün motivasiya ilə bağlı problemimiz yox idi. Futbolçularıma çox güvənirəm, ancaq bəzən səhvlər olur. Biz “Liverpul”uq və bütün futbolçular nə etmək lazım olduğunu bilir. İlk hədəfimiz maksimum xal yığmaqdır. Bəli, indi 70 xalımız var, amma hər şey baş berə bilər”.

24 turdan sonra 70 xal toplayan “Liverpul” turnir cədvəlinin lideridir və ən yaxın izləyicisi “Mançester Siti”dən 19 xal irəlidədir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button