“Liverpul”u Çempionlar Liqasına qaytarmaq niyyətindəyik”

“Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallister komandasının UEFA Avropa Liqasındakı çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu komandanın bütün kuboklar üçün mübarizə aparacağını bildirib:

“Biz bu klubu Çempionlar Liqasına qaytarmaq niyyətindəyik. Addım-addım getməyə çalışırıq və sonra gələcəkdə bizi nələr gözlədiyini görəcəyik. Amma təbii ki, belə böyük bir klub olan “Liverpul”da bütün kuboklar üçün mübarizə aparmağa çalışmalısan”.

Yurgen Kloppun komandası sentyabrın 21-də Avropa Liqasının qrup mərhələsinin ilk oyununda səfərdə LASK-la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button