“Biz klub olaraq, onun burda qalmasını istəyirik” – Lempard

“Çelsi”nin baş məşqçisi Frenk Lempard “Bavariya”nın maraq dairəsində olduğu deyilən Kallum Hadson-Odoi ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis, 18 yaşlı futbolçunun klubda qalmasını istədiyini deyib:

“Kallumla yeni müqavilənin imzalanmasını və onun burda qalmasını istəyirəm. O, klubun akademiyasından gəlib və həm “Çelsi” üçün, həm də İngiltərə üçün böyük futbolçu ola bilər. Biz klub olaraq, onun burda qalmasını istəyirik.

Artıq əsas komandada olmaq üçün mübarizə aparan akademiyanın futbolçularından ibarət böyük bir qrup var. Futbolçuların yaşı məni maraqlandırmır, məni onların necə məşq etdiyi, oynadığı maraqlandırır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button