AÇ-2024: “Biz İtaliya komandası olduğumuzu heç vaxt unutmamalıyıq”

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti AÇ-2024-ün püşkatma mərasimindən danışıb.

Komanda.az “RAI Sport”-a istinadən xəbər verir ki, o, final mərhələsindəki rəqiblərini dəyərləndirib:

“İtaliya millisi İspaniya, Xorvatiya və Albaniya yığması ilə eyni qrupda yer alıb. Püşkatma daha yaxşı ola bilərdi. Bununla belə, biz İtaliya komandası olduğumuzu heç vaxt unutmamalıyıq. İndi proqnoz vermək çətindir. Qarşıda hələ çox aylar var.

Albaniya millisi şübhəsiz ki, yaxşı təşkilatlanmış komanda olduğunu sübut etdi. Başa düşürük ki, çox şey turnirə necə hazırlaşmağımızdan və komanda şəklində necə işləməyimizdən asılı olacaq.

Xorvatiya yığması güclü və təcrübəli komandadır. Onların bəzi oyunçuları inkişaf edir, bəziləri isə artıq ən yüksək səviyyədədir.

İspaniya millisinə gəlincə, futbolu sevən hər kəs bu cür problemdən həzz almalıdır. Onlarla matçda elə məqamlar olacaq ki, hətta on nəfərlə də qapımızı qorumalı olacağıq. Lakin biz həmişə hücumameyilli, cəlbedici futbol oynamağa çalışırıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button