“Mövsümün sonunda xoşbəxt olacağımıza əminəm”

“Bayern”in hücumçusu Luis Dias bu mövsüm trebl (bütün yarışlarda qalib olmaq) etmək ehtimalı barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kolumbiyalı forvard məqsədlərinin bütün yarışlarda mümkün qədər irəliləmək olduğunu bildirib:

“Nəyin qarşıda olduğunu və nə istədiyimizi başa düşürük. Məqsədimiz bütün yarışlarda mümkün qədər irəliləmək və tam gücümüzlə oynamaqdır. Biz hər titul uğrunda mübarizə aparmaq istəyirik. Komandamız əla, ailəmiz isə çox birləşmiş, təvazökar və çalışqan ailədir. Mövsümün sonunda çox qürurlu və xoşbəxt olacağımıza əminəm”.

“Bayern” 22 turdan sonra 57 xalla Bundesliqada turnir cədvəlinə başçılıq edir. Komanda həmçinin, ölkə kubokunda yarımfinala yüksəlib, UEFA Çempionlar Liqasında isə birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button