“Biz Diasın yanındayıq” – “Liverpul”un futbolçusu

“Liverpul”un hücumçusu Dioqo Jota komanda yoldaşı Luis Diasın valideynlərinin tapılacağına ümid edir.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu, Diasın yanında olduğunu bildirib:

“Biz oyunçular üçün özümüzlə bağlı belə bir vəziyyəti təsəvvür etmək belə, çətindir. Biz Diasın yanındayıq, hamımız onunlayıq. Bircə onu deyə bilərəm ki, biz onun üçün buradayıq. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Şənbə günü futbolçunun valideynləri Kolumbiyanın şimalındakı Barrankasda yanacaqdoldurma məntəqəsindən qaçırılıb. Onlara motosikletli silahlı şəxslər hücum edib və cütlüyün maşınına minərək, Diasın valideynlərini naməlum istiqamətə aparıblar. Futbolçunun anası xilas edilib, lakin atasının axtarışları davam edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button