
“İnter” rəsmisindən “Barselona”ya mesaj: “Kimsə Bastonini istəyirsə…”
“İnter”in idman direktoru Pyero Ausilio müdafiəçi Alessandro Bastoninin mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Barselona”nın futbolçuya marağı ilə bağlı danışaraq, belə istək varsa, rəsmi şəkildə kluba müraciət olunmalı olduğunu bildirib:
“Kimsə Bastonini istəyirsə, mətbuatda danışmaq əvəzinə bizə zəng etməlidir. Onun yayda ayrılacağını düşünməyimiz üçün heç bir əsas yoxdur. Biz Bastonidən çox razıyıq və onun komandamızda yüksək səviyyədə çıxışını davam etdirəcəyinə inanırıq”.
27 yaşlı müdafiəçi cari mövsümdə bütün turnirlərdə 37 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun “İnter”lə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
Bizi Facebook-da izləyin



