“Biz Avropa Liqasında oynamağa layiqik” – “Liverpul”un müdafiəçisi

“Liverpul”un müdafiəçisi Vircil van Dayk komandanın bu mövsüm Avropa Liqasında çıxış etməsinə münasibət bildirib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu Çempionlar Liqasında oynamağa layiq olmadıqlarını dilə gətirib:

“Mövsümün sonuna qədər hamımız Çempionlar Liqasına düşmək istəyirdik, lakin buna layiq deyildik. Biz Avropa Liqasında oynamağa layiqik. Əlimizdə olan hər şeyi verəcəyik, onu qazanmaq istəyirik. Amma bu, bir gecədə baş verməyəcək, bunun üzərində işləməliyik”.

Bu gün “Liverpul” Avropa Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində LASK-la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button