Karvahalın birlikdə oynadığı 3 ən yaxşı futbolçu

“Real”ın və İspaniya millisinin müdafiəçisi Daniel Karvahal birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi üç futbolçunun adını çəkib:

“Birlikdə oynadığım ən yaxşı oyunçular Kriştiano Ronaldo, Serxio Ramos və Luka Modriçdir. Onlar səninlə danışanda bütün beş duyğunu ayıq tutmalısan. Görürsüz də, səhər saat 6-da məşqə gəlirlər. Bu, inanılmazdır”.

Karvahal hər üç futbolçu ilə “Real”dan komanda yoldaşıdır. O, 2013-cü ildə “Bayer”dən (Leverkuzen) “kral klubu”na keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button