“İmişli” “Araz Naxçıvan”a böyük hesabla uduzdu

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 2-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Zaqatala” doğma meydanda “Mingəçevir”ə qalib gəlib. “Qarabağ”ın ikinci komandası MOİK-lə ev oyunundan 1 xalla ayrılıb. “Neftçi”nin əvəzediciləri isə “Qaradağ Lökbatan”ı məğlub yola salıb.

Sonuncu oyun günündə dörd qarşılaşma baş tutub. “Turan Tovuz”un ikinci komandası doğma meydanda “Kəpəz”in əvəzediciləriylə qarşılaşıb və inamlı qələbəyə sevinib. Səfərdə “İmişli” ilə üz-üzə gələn “Araz Naxçıvan” darmadağınla qalib gəlib. Beş qolun qeydə alındığı “Şamaxı” və “Qəbələ”nin əvəzedicilərinin oyununda meydan sahibləri qələbə qazanıblar. “Sumqayıt” və “Zirə”nin ikinci komandaları arasında baş tutan oyun da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Birinci divizion, 2-ci tur

30 avqust

Zaqatala – Mingəçevir 2:1
Qol
: Cəlal Cəbrayılov, 33; 84 – Ruslan Voronsov, 14.
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Rasim Axundov, Mahmud Bağırzadə
Hakim-inspektor: İmanxan Sultani
Zaqatala OİK stadionu, 16:30

Qarabağ-2 – MOİK 0:0
Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Zakir Şükürzadə, Tural Qurbanov
Hakim-inspektor: Vüsal Əliyev
Binə qəsəbə stadionu, 16:30

Neftçi-2 – Qaradağ Lökbatan 2:0
Qol
: Vüsal Əsgərov, 20. Bahadur Quliyev, 76.
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Elman Kərimov, Vüqar Həsənli
Hakim-inspektor: Gülağa Cabarov
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 17:00

31 avqust

Turan Tovuz-2 – Kəpəz-2 3:1
Qol
: Abbas Ağazadə, 10. Akif Tağıyev, 38. Tərlan Veysəlli, 90 – Nicat Verdiyev, 45+2.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Şamil İmanzadə
Hakim-inspektor: Zöhrab Qədiyev
Tovuz şəhər stadionu, 16:00

Şamaxı-2 – Qəbələ-2 3:2
Qol
: Sadiq Hüseynli, 64. Kamran Quliyev, 66. Asim Əlizadə, 70-pen – Xəyal Xudaverdiyev, 11. Gülağa Əsədov, 89.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, İrşad Aydınov
Hakim-inspektor: Asim Xudiyev
Şamaxı şəhər stadionu, 16:30

İmişli – Araz Naxçıvan 0:3
Qol
: Emil Bayramov, 20. Orxan Əliyev, 57. Fərid Kərimzadə, 59.
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Şirmamed Mamedov, Elvin Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
Saatlı OİK stadionu, 17:00

Sumqayıt-2 – Zirə-2 1:0
Qol
: Rüstəm Hümbətov, 77.
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Teymur Teymurov, Səbuhi Bayramov
Hakim-inspektor: Munis Abdullayev
Sumqayıt şəhər stadionu, 17:00

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button