
Birinci Liqada fevralın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
Azərbaycan 1-ci Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Baku Sportinq” klubunun futbolçusu Elşən Abdullayev mükafatlandırılıb.
Bu barədə Komanda.az-a Peşəkar Futbol Liqasından bildirilib.
Fevralın ən yaxşı qolunun müəllifinə mükafatı 19-cu turun “Baku Sportinq” – “Mingəçevir” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



