
Birinci Liqada “Ayın qolu”nun müəllifi mükafatlandırıldı
Azərbaycan 1-ci Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Şəfa” klubunun futbolçusu Tərlan Quliyev mükafatlandırılıb.
Bu barədə Komanda.az-a Peşəkar Futbol Liqasından (PFL) bildirilib.
Mart ayının ən yaxşı qolunun müəllifinə mükafatı 21-ci turun “Şəfa” – “Səbail” qarşılaşmasından əvvəl PFL-in Media şöbəsinin baş mütəxəssisi Anar Əsədov təqdim edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



