“Mingəçevir” qələbə, “İmişli” məğlubiyyətlə başladı

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 2022/2023-cü illər mövsümünə start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

MOİK “Zaqatala” ilə ev oyununda inamlı qələbəyə sevinib. “Turan Tovuz”la “Şamaxı”nın əvəzedicilərinin görüşündə də meydan sahibləri minimal hesabla üstün olublar. “Zirə” və “Kəpəz”in əvəzedicilərinin oyununda dörd qol qeydə alınsa da, qalib müəyyənləşməyib. “Araz Naxçıvan” isə “Qarabağ”ın əvəzediciləri ilə oyununda darmadağına sevinib.

Bu gün daha üç qarşılaşma baş tutub. “Mingəçevir” doğma meydanda “Neftçi”nin əvəzedicilərinə böyük hesabla qalib gəlib. “Qaradağ Lökbatan” isə “Səbail”in ikinci komandası ilə oyunda minimal hesabla məğlub olub. “Qəbələ”nin əvəzediciləri də evdə “İmişli” üzərində inamlı qələbəyə sevinib.

Birinci divizion, 1-ci tur

24 avqust

Turan Tovuz-2 – Şamaxı-2 1:0
Qol
: Akif Tağıyev, 16.
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Teymur Teymur, Əkbər Əhmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
Tovuz şəhər stadionu, 16:30

MOİK – Zaqatala 2:0
Qol
: Samir Alıyev, 45+1. Tural Nəsirov, 90+1-pen.
Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Rasim Axundov, İrşad Aydınov
Hakim-inspektor: Orxan Məmmədov
Binə qəsəbə stadionu, 16:30

Araz Naxçıvan – Qarabağ-2 5:1
Qol
: Ege Atlam Adnan, 23. Fərid Kərimzadə, 40. Tuqay Əlizadə, 45+3. De Saboa İv Lüsyen, 72; 85 – Mirmövsüm Canıyev, 54.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Elman Kərimov, Kamran Əliyev
Hakim-inspektor: Anar Salmanov
Naxçıvan Muxtar Respublika stadionu, 17:00

Zirə-2 – Kəpəz-2 2:2
Qol
: Tahir Zeynalov, 19. Xəqani Sadıxov, 37 – Nemət Musayev, 23. Nihat Fərəci, 62.
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Şirmamed Mamedov, Rauf Allahverdiyev
Hakim-inspektor: Asim Xudiyev
“ASK Arena”, 19:30

25 avqust

Mingəçevir – Neftçi-2 4:1
Qol
: Sahil Həsənov, 26; 31; 56. Ruslan Voronsov, 49 – Vüsal Əsgərov, 68-pen.
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Zakir Şükürzadə, Şamil İmanzadə
Hakim-inspektor: Ceyhun Haşımov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 16:30

Qaradağ Lökbatan – Səbail-2 0:1
Qol
: Balamirzə Soltanov, 60.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Əli Əliyev
Hakim-inspektor: Əmrah İbrahimov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30

Qəbələ-2 – İmişli 2:0
Qol
: Əli Mürsəlov, 39. Elmir Hüseynli, 50.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Mahmud Bağırzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:30

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button