“Bir qələbə qazanmasaq, “Liverpul” çempion olacaq” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Lids”lə oyundan (4:0) sonra komandanın futbolçularının ünvanına təriflər yağdırıb.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, oyunçularının inanılmaz oynadığını deyib:

“Bütün oyunçular çətinliklərə baxmayaraq, inanılmaz oynadılar. Əla oynadıq. Mən ilk dəfə “Elland Road”da klubun azarkeşləri ilə oldum. Yerli azarkeşlər haqqında çox şey eşitmişdim və bu, həqiqətən də fantastikdir. Burada olmaq gözəl idi.

Qalan bütün görüşlərdə qalib gəlməliyik. Heç olmasa, bir qələbə qazanmasaq, “Liverpul” çempion olacaq. Bu, sadədir”.

“Mançester Siti” 83 xalla turnir cədvəlində 1-ci yerdədir və “Liverpul”u bir xal qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button