“6 ay 3 gün sonra…”

Bir müddət əvvəl infarkt keçirən İker Kasilyas yenidən yaşıl meydanlara qayıdıb.

Komanda.az xəbər verir ki, bu barədə 38 yaşlı qapıçı sosial şəbəkə hesabında paylaşım edib. Kasilyas, paylaşımında “6 ay 3 gün sonra… Yenidən qayıtdım” yazıb.

İspan qapıçının fərdi məşqlərə başladığı bildirilir.

Kasilyas bir müddət əvvəl “Portu”nun məşqində infarkt keçirmiş və karyerasını bitirdiyini açıqlamışdı. O, daha sonra “Portu”nun idarə heyətinə üzv seçilmişdi.

Peşəkar futbolçu karyerasına 1999-cu ildə “Real”da başlayan Kasilyas, 16 il sonra Madrid klubundan ayrılmışdı. O, 2015-ci ildən “Portu”nun şərəfini qoruyurdu.

Kasilyas 167 dəfə də İspaniya millisinin formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button