De Rossinin yeni iş yeri bilindi – Klub prezidenti açıqladı

Bir müddət əvvəl “Roma”dan ayrılan Daniele De Rossi karyerasını Argentinada davam etdirəcək.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi “Boka Xuniors”la razılıq əldə edib. Bu barədə Argentina təmsilçisinin prezidenti Daniel Anxeliçi açıqlama verib:

“De Rossi yaxın zamanda bizə qoşulacaq. O, “Boka Xuniors” üçün oynamaq istəyir. Deyə bilərəm ki, 99 faiz bizim oyunçudur”.

İtaliyalı futbolçunun Argentina klubu ilə 8 aylıq müqavilə bağlayacağı və 500 min avro qazanacağı bildirilir.

2002-ci ildən “Roma”nın əsas komandasında çıxış edən Rossi, son mövsümdə 22 qarşılaşmada iştirak etmişdi.