Qattuzo 18 təklifə “yox” deyib!

Bir müddəl əvvəl “Napoli”də baş məşqçi postuna gətirilən Cennaro Qattuzo neapollulardan əvvəl 18 təklifə yox deyib.

Komanda.az xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” nəşri məlumat yayıb. Xəbərdə, Qattuzonun “Fiorentina”, “Sampdoriya”, “Valensiya”, “Cenoa” kimi klublardan və həmçinin Çin, Rusiya, Yunanıstan təmsilçilərindən də təklif aldığı bildirilib.

İtaliya mətbuatının xəbərinə görə, Qattuzo ən azı “Napoli” səviyyəsində bir klubda çalışmaq istədiyi üçün digər təklifləri rədd edib.

Qattuzo “Napoli” ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.