“Bir hücumçu almaq fikrimiz var” – Yunis Hüseynov

“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Komanda.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun getdi. İlk hissədən narazı qaldım. Ancaq ikinci hissədə dönüş yaratdıq. Bu gün qələbə qazanmaq istəyirdik, qol imkanlarımız da oldu. Sadəcə, top qapıya girmirdi. “Qəbələ” bizə qarşı çox yaxşı oynadı. İlk hissədə onların qol imkanları bizdən çox oldu. Qələbə dalınca gəlmişdik, ancaq xal itirdik. Qarşıda ağır oyunlarımız var.

Bir hücumçu almaq fikrimiz var. Hazırda danışıqlar gedir. Alınsa, bir həftəyə gələcək. Qol vurmaqda çətinlik çəkdiyimiz kimi, qol da buraxmamışıq. Bəli, futbolun gözəlliyi qoldur. Ancaq göz dəyməsin, qol da buraxmırıq. Müdafiə xətti qapıçıdan başlayır. Sadəcə, qol vurmamışıqsa, bu, pisdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button