“Karyeramı “Liverpul”da bitirmək istəyirəm”

“Liverpul”un futbolçusu Endi Robertson karyerası ilə bağlı açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu, karyerasını “Liverpul”da bitirmək istədiyini bildirib:

“Bilirəm ki, çətin olacaq, amma karyeramı “Liverpul”da bitirmək istəyirəm. Standartlarımı Ceyms Milner kimi yüksəkdə saxlaya bilsəm, bundan məmnun olaram. Əlimdən gəldiyi qədər oynamaq və “Liverpul”la daha bir neçə titul qazanmaq istəyirəm”.

2017-ci ilin yayından Mersisayd klubunun şərəfini qoruyan Robertsonun müqaviləsi 2024-cü ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button