“Bilbaoda oynamaq həmişə çox çətindir” – “Barselona”nın qapıçısı

“Barselona”nın qapıçısı Mark-Andre ter Şteqen komandanın “Atletik”lə qarşılaşmada (0:0) qalib gələ bilməməsinin səbəbini açıqlayıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, almaniyalı qapıçı Bilbaoda oynamağın həmişə çətin olduğunu bildirib:

“Qələbə qazanmaq istəyirdik, amma alınmadı. Bilbaoda oynamaq həmişə çox çətindir. Rəqib təzyiq göstərməyə çalışsa da, eyni zamanda bizə oynamağa imkan verdi. Rəqibin hücumlarının öhdəsindən gəldik, amma irəlidə problemlərimiz var idi”.

“Barselona” 27 turdan sonra 58 xal toplayıb və lider “Real”dan 8 xal geri qalaraq, turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button