Avropanın TOP-5 liqasına ən çox futbolçu göndərən klublar SİYAHI

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) Avropanın TOP-5 liqasına ən çox futbolçu göndərən klubların siyahısını açıqlayıb.

Komanda.az xəbər verir ki, mart ayına olan göstəricilərə əsasən siyahının ilk pilləsində “Ayaks” yer alıb. Amsterdam klubu Avropanın TOP-5 liqasına 22 futbolçu göndərib. İkinci sırada “Benfika”, üçüncüdə isə “Zalsburq” qərarlaşıb.

Siyahıda Tunis, Yaponiya, Lüksemburq, Yeni Zelandiya, Mərakeş, Uels, Venesuela kimi ölkələrin təmsilçiləri olsa da, Azərbaycandan heç bir klub yer almayıb.

İlk “10-luq”

1 Ayaks (Niderland) – 22 futbolçu
2 Benfika (Portuqaliya) – 21
3 Zaslburq (Avstriya) – 20
4 Real (İspaniya) – 17
5 Sportinq (Portuqaliya) – 17
6 Genk (Belçika) – 16
7 PSV (Niderland) – 15
8 Portu (Portuqaliya) – 15
9 Bazel (İsveçrə) – 15
10 Anderlext (Belçika) – 13