Beyl gedir, Eriksen gəlir

“Real”ın futbolçusu Qaret Beyl karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az xəbər verir ki, uelsli hücumçuyla keçmiş klubu “Tottenhem” yaxından maraqlanır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, “Tottenhem”in Beyli icarə götürmək istədiyi bildirilib.

“Real” da “Tottenhem”dən Kristian Erikseni heyətinə qatmaq niyyətindədir. Tərəflər razılaşacağı halda, Eriksen “Real”a, Beyl isə “Tottenhem”ə keçəcək.

2007-2013-cü illər aralığında “Tottenhem”də forma geyinən Beyl, 2013-cü ilin yayında 101 milyon avro qarşılığında “Real”a transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button