“Beşiktaş”la xeyriyyə matçının keçirilməsi…” – “Sabah” rəsmisi

Türkiyədə baş verən silsiləli zəlzələlərdən sonra zərərçəkənlərə dəstək olmaq məqsədilə Bakıda “Qalatasaray”la “Qarabağ” arasında yoldaşlıq görüşü keçirildi. Qarşılaşma Super Liqa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşdı.

Həmin matçdan sonra daha bir İstanbul klubunun – “Beşiktaş”ın da Bakıya gələcəyi və “Sabah”la qarşılaşacağı ilə bağlı xəbərlər yayıldı. Oyunun hansı səbəbdən hələ də baş tutmadığını öyrənmək üçün paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq.

Klub sözçüsü Komanda.az-a açıqlamasında “qara qartallar”ın Türkiyə Super Liqasının çempionat təqvimində dəyişikliklərlə qarşılaşdığını deyib:

“Əsas məsələ hər iki tərəfə uyğun vaxtın müəyyən edilməsidir. Türkiyədə baş verən zəlzələdən sonra Super Liqada fasilə yarandı. Buna görə, çempionatın təqvimində müəyyən dəyişiklik edildi.

Hazırda “Beşiktaş”la xeyriyyə matçının keçirilməsi ilə bağlı danışıqlar davam edir. Bu istiqamətdə hansısa yenilik olsa, ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Xatırladaq ki, klub rəsmisi öncədən də matçın hər iki komandaya uyğun vaxtda keçiriləcəyini bildirmişdi.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button