“Beşiktaş”ın yeni baş məşqçisi bəlli oldu

“Beşiktaş”ın yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisini Rıza Çalımbay çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

60 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Çalımbay “Beşiktaş”ın yetirməsi olub. O, karyerası rəzində yalnız bu klubda (1980-1996) oynayıb. Təcrübəli məşqçi 2005-ci ildə “ağ-qaralar”ı çalışdırıb.

Çalımbay bu vəzifədə Burak Yılmazı əvəz edib. O, Şenol Günəşin gedişindən sonra müvəqqəti olaraq bu posta təyinat almışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button