“Beşiktaş”ın transfer siyahısındakı qazaxıstanlı

Moskva ÇSKA-sının yarımmüdafiəçisi Baxtiyar Zaynutdinov “Beşiktaş”ın transfer siyahısında yer alır.

Komanda.az “Fotospor”-a istinadən xəbər verir ki, o, İstanbul klubunun baş məşqçisi Şenol Günəşin skautlar komandasının və idman direktoru Ceyhun Kazancının diqqətini cəlb edib.

Zaynutdinov 2022/23 mövsümündə Rusiya təmsilçisinin heyətində 27 oyuna çıxıb, bir qol vurub və üç məhsuldar ötürmə edib.

Onun “Beşiktaş”a transferi baş tutsa, Qazaxıstan Respublikasının vətəndaşı olduğu üçün legioner statusu daşımayacaq. Buna səbəb iki gün öncə Türkiyə Futbol Federasiyasının Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan və ya Türkmənistandan olan bir oyunçunun hansısa klubda legioner sayılmayacağına dair qərar qəbul etməsidir.

Zaynutdinovun Moskva klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button