“Beşiktaş”ın cəzalı futbolçusu “Neftçi”yə qarşı oynaya biləcək

“Beşiktaş”ın cəzalı futbolçusu Artur Masuaku Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi”yə qarşı cavab oyununda iştirak edə biləcək.

Komanda.az Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir ki, Avropa futbol qurumu konqolu müdafiəçi ilə bağlı qərarını dəyişib.

Albaniyada “Tirana” ilə 2-ci raundun cavab matçında qırmızı vərəqə gördüyü üçün 2 oyunluq diskvalifikasiya olunan 30 yaşlı futbolçunun cəzası azaldılıb. O, yalnız Bakıdakı ilk qarşılaşmanı buraxmalı olacaq.

Bundan başqa, UEFA “Tirana” ilə matçda “Beşiktaş” azarkeşlərinin davranışlarına görə kluba şərti olaraq 40 000 avro pul cəriməsi verib. Analoji hadisə təkrarlanarsa, Türkiyə klubu səfər oyunlarının birində azarkeş dəstəyindən məhrum ediləcək.

“Neftçi” və “Beşiktaş” arasında ilk oyun avqustun 10-da Bakıda, cavab matçı isə bir həftə sonra İstanbulda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button