“Beşiktaş”dan Premyer Liqa klubuna

“Bernli” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa klubu son bu yay “Beşiktaş”dan azad agent kimi ayrılmış Natan Redmondu heyətinə qatıb.

29 yaşlı sağ cinah vingeri ilə 2+1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Redmond ötən mövsüm “Beşiktaş”da 28 oyuna 6 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button