
Türkiyə klubundan Lukaku üçün 5 milyon avroluq təklif
“Napoli”nin hücumçusu Romelu Lukaku karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.
33 yaşlı forvardı heyətinə qatmaq istəyən klub “Beşiktaş”dır. İstanbul təmsilçisi futbolçunun transferi üçün “Napoli”yə 5 milyon avro təklif edib. Neapol klubu isə Lukakunu 10 milyon avroya dəyərləndirir.
Lukaku ötən mövsüm İtaliya A Seriyasında “Napoli”nin heyətində 5 oyuna çıxıb və 1 qol vurub.
Belçikalı forvardın “Napoli” ilə müqaviləsinin müddəti gələn il iyunun sonuna qədərdir. “Transfermarkt” portalı onun bazar dəyərini 6 milyon avro olaraq qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


