“Beşiktaş”dan inamlı qələbə

Türkiyə Super Liqasında 10-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə bir görüş baş tutub.

“Beşiktaş” doğma meydanda qarşılaşdığı “Qaziantep”i 2 cavabsız qolla məğlub edib.

Hazırda “Fənərbaxça” 30 xalla vahid liderdir. 28 xala malik “Qalatasaray” ikinci, 20 xalı olan “Adana Dəmirspor” üçüncüdür. “Beşiktaş”ın 19, “Kasımpaşa”nın 18, “Trabzonspor” və “Kayserispor”un 16 xalı var.

Türkiyə Super Liqası
10-cu tur

27 oktyabr

Hatayspor – Kayserispor 1:2
Qollar: R.Dadaşov, 69-pen – B.Bekaroğlu, 33-öz qapısına. Boa Morte, 47.

Kasımpaşa – İstanbulspor 3:1
Qollar: Fall, 32. A.Kara, 56. Nqoy, 72 – E.Gültəkin, 76.

28 oktyabr

Alanyaspor – Sivasspor 1:2
Qollar: F.Aksoy, 66 – Kvet, 90+3. Manay, 90+7.

Adana Dəmirspor – Konyaspor 3:0
Qollar: Nianq, 54; 90+3. Balotetlli, 81.

Rizəspor – Qalatasaray 0:1
Qol: S.Oliveyra, 68.

29 oktyabr

Fatih Karagümrük – Trabzonspor 0:0

Ankaragücü – Samsunspor 2:0
Qollar: E.Bekiroğlu, 71. Sove, 75.

Antalyaspor – Başakşəhər 1:0
Qol: Sariç, 16.

Pendikspor – Fənərbaxça 0:5
Qollar: E.Canpolat, 30-öz qapısına. İ.C.Kahveci, 42. Dzeko, 65; 77.

30 oktyabr

Beşiktaş – Qaziantep 2:0
Qollar: S.Uçan, 63. C.Tosun, 75.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button