“Beşiktaş” Salahla bağlı xəbərləri təkzib etdi

“Beşiktaş” “Liverpul”un sabiq hücumçusu Məhəmməd Salahın transferi ilə bağlı yayılan xəbərləri təkzib edib.

İstanbul klubu insayder Yağız Sabuncuoğlunun yaydığı məlumatların həqiqəti əks etdirmədiyini bəyan edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub açıqlamasında jurnalistin “Beşiktaş”ın transfer fəaliyyəti və danışıqları ilə bağlı yazdıqlarının tamamilə uydurma olduğunu bildirib:

“Yağız Sabuncuoğlunun klubumuzun transfer fəaliyyəti və müzakirə olunan şərtlərlə bağlı paylaşımları tamamilə uydurmadır. O, uzun müddətdir ki, iş masasının arxasında uydurduğu və reallıqla heç bir əlaqəsi olmayan transfer xəbərləri ilə ictimaiyyəti çaşdırır. Daha əvvəl də bildirdiyimiz kimi, transferlərlə bağlı ən dəqiq və şəffaf məlumatlar yalnız klubun rəsmi kanallarında paylaşılır. Azarkeşlərdən və ictimaiyyətdən rəsmi mənbələrdə yer almayan xəbərlərə inanmamağı bir daha xahiş edirik”.

Bununla belə, təkzibdən sonra Sabuncuoğlu öz mövqeyini dəyişməyib. Jurnalist bildirib ki, Salahın “Beşiktaş”la razılıq əldə etdiyi barədə məlumatının arxasında dayanır:

“Mən “Beşiktaş”a sonsuz hörmət bəsləyirəm, amma Salah məsələsində dediklərimin arxasındayam. Türkiyədə onunla danışıqlar aparıldığını ilk açıqlayan mən olmuşam. Misirli forvard “Beşiktaş”la razılığa gəlib. Hələlik rəsmi müqavilə imzalanmayıb. Ümid edirəm ki, onun transferinin baş tutduğunu da ilk mən azarkeşlərə çatdıracam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button