“Beşiktaş” “Qarabağ”ın futbolçusu üçün danışıqlar aparır

“Qarabağ”ın futbolçusu Leandro Andrade karyerasını Türkiyədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə Portuqaliyanın “A Bola” nəşri məlumat yayıb.

“Beşiktaş”ın 24 yaşlı yarımmüdafiəçi ilə maraqlandığı bildirilib. İstanbul klubunun Azərbaycan çempionu ilə danışıqlarının davam etdiyi də diqqətə çatdırılıb.

Kabo Verdedən olan oyunçunun “Qarabağ”la müqaviləsi 2027-ci ilədək nəzərdə tutulub. Andradenin sözləşməsində 4 milyon avro qarşılığında sərbəst qalma bəndi də var.

O, ötən mövsüm 58 oyunda 15 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button