“Beşiktaş” Premyer Liqa klubunun təklifini rədd edib

“Beşiktaş”ın hücumçusu Semih Kılıçsoy karyerasını İngiltərədə  davam etdirə bilər.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı futbolçunun xidmətində “Vulverhempton” maraqlıdır.

İngiltərə klubu gənc forvard üçün “Beşiktaş”a rəsmi təklif göndərib. Lakin “qara qartallar” bu təklifi qəbul etməyib. “Vulverhempton”un yenidən Türkiyə klubuna müraciət edəcəyi bildirilir.

Semih Kılıçsoy “Beşiktaş”ın yetirməsidir. Türkiyə U-19 millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 14 matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button