“Beşiktaş” fransalı futbolçunu yenidən icarəyə götürdü

Portuqaliyanın “Sportinq” klubunun sağ cinah müdafiəçisi Valentin Rozye karyerasını yenə “Beşiktaş”da davam etdirəcək.

Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

24 yaşlı fransalı futbolçu ötən mövsüm olduğu kimi, yenə bir illik icarəyə götürülüb. Rozyenin “2” nömrəli formanı geyinəcəyi bildirilir.

Müdafiəçi 2019-cu ildən “Sportinq”də çıxış edir. O, ötən mövsüm “Beşiktaş”ın heyətində meydana çıxdığı 37 oyunda 3 qol, 7 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button