“Beşiktaş” Bakıda – FOTOLAR

Sabah “Sabah”la yoldaşlıq matçı keçirəcək “Beşiktaş” artıq Bakıdadır.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisini daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Komanda burada izdihamla qarşılanıb. Azərbaycandakı “Beşiktaş” azarkeşləri onlara dəstək olublar, şüarlar səsləndiriblər.

“Sabah”la “Beşiktaş” arasındakı yoldaşlıq matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 18:00-da start veriləcək. Qarşılaşmadan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button