Berluskoninin sahibi olduğu kluba keçdi – Boatenq

“Fiorentina”nın yarımmüdafiəçisi Kevin-Prins Boatenqin yeni iş yeri müəyyənləşib.

Komanda.az xəbər verir ki, 33 yaşlı futbolçu karyerasını İtaliyanın başqa bir klubunda, B Seriyasında mübarizə aparan “Monza”da davam etdirəcək.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Qanalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Monza”nın sahibi “Milan”ın sabiq prezidenti Silvio Berluskonidir. Maraq üçün xatırladaq ki, “Milan” sonuncu çempionluğunu qeyd etdiyi 2010/11 mövsümündə bu kluba Berluskoni rəhbərlik edirdi, Boatenq də məhz bu komandanın uğurları üçün çalışırdı. Kevin geridə qalan mövsümdə icarə əsasında “Beşiktaş”ın uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button