“İllərdir qarşımıza qoyulan məqsəd avrokuboklara vəsiqə qazanmaq idi” – MÜSAHİBƏ

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünün başa çatmasına iki tur qalmış 59 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Bölgə təmsilçisi son turların nəticəsindən asılı olmayaraq, UEFA Konfrans Liqasına vəsiqəni rəsmiləşdirib.

Uzun illərdən sonra yenidən Azərbaycanı avrokuboklarda təmsil edəcək Tovuz klubunun müdafiəçisi Faiq Hacıyev Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

“Turan Tovuz”un avrokuboklara vəsiqəni təmin etməsi klub və bölgə futbolu üçün nə deməkdir?

– Əlbəttə ki, bu həm bizim, həm də bölgəmiz üçün çox önəmli hadisədir. Bunun üçün çox çalışdıq və şükürlər olsun ki, istəyimizə çatdıq.

Mövsümün əvvəlində sizə “avrokuboklara gedəcəksiz” desəydilər, real görərdin, yoxsa qeyri-mümkün sayardın?

– İllərdir qarşımıza qoyulan məqsəd bu idi. Bunun uğrunda çalışırdıq. Şükürlər olsun, bu il nəsib oldu.

Bir müdafiəçi olaraq, bu mövsüm qarşılaşdığın ən təhlükəli hücumçular kimlər oldu?

– Hər bir komandanın özünəməxsus üslubu var. Kimlərisə fərqləndirməzdim. Bu il oynadığımız hər bir komanda bizə qarşı layiqli mübarizə apardı.

“Turan Tovuz” hazırkı heyəti ilə Konfrans Liqasında qrupa düşə bilər?

– Futbolda hər şey mümkündür. Əlimizdən gələnin ən yaxşısını edəcəyik.

Baş məşqçiniz Kurban Berdıyev tanınmış mütəxəssisdir. Onu sənin üçün başqa məşqçilərdən fərqləndirən əsas xüsusiyyətlər hansılardır?

– İşlədiyim bütün məşqçilərdən nələrsə öyrənməyə çalışıram və öyrənirəm də. Kurban Berdıyevdən də çox şeylər öyrəndim. İnanıram ki, bunlar mənə gələcəkdə çox xeyir verəcək.

Növbəti mövsüm üçün hədəfiniz nə olacaq?

– Yenə maksimum nəticə qazanmaq üçün oynayacağıq. Daha yaxşı “Turan Tovuz”u göstərməyə çalışacağıq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button