
Benzema sıradan çıxıb
“Əl-Hilal”ın yeni transferi Kərim Benzema məşq zamanı bud nahiyəsindən zədə alıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı hücumçunun növbəti matçda “Əl-Taun”a qarşı iştirakı ciddi şübhə altındadır. O, tezliklə tibbi müayinədən keçəcək və bundan sonra dəqiq sağalma müddəti müəyyənləşəcək.
38 yaşlı forvard qışda “Əl-İttihad”dan “Əl-Hilala” keçib. O, yeni komandasında üç oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



