Benzema üçün yeni müqavilə hazırlanır

“Real”ın hücumçusu Kərim Benzema tezliklə klubla yeni müqavilə imzalaya bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” 34 yaşlı fransalı futbolçu üçün 2024-cü ilə qədər nəzərdə tutulan yeni müqavilə hazırlayır.

Benzemanın “Real”la hazırkı müqaviləsi 2023-cü ildə başa çatır.

Benzema bu mövsüm bütün turnirlərdə 44 oyunda 44 qol vurub və 15 məhsuldar ötürmə edib.