
Benzema gəldi, o gedir
“Liverpul”un keçmiş hücumçusu Darvin Nunyesin yay transfer pəncərəsində Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”dan ayrılaraq yenidən Avropaya qayıda biləcəyi deyilir.
Komanda.az “El Observador”-a istinadən xəbər verir ki, uruqvaylı hücumçu, Kərim Benzemanın komandaya gəlişindən sonra heyətdəki yerini itirib. 26 yaşlı forvard yayda klubunu dəyişməyə hazırdır.
Nunyesin vəziyyətini yaxından izləyən klublar arasında “Çelsi” və “Yuventus” yer alır. Hər iki klubun onunla maraqlandığı barədə xəbərlər son aylarda da mətbuatda gündəmə gəlmişdi.
Darvin Nunyes “Əl-Hilal”a ötən ilin avqustunda, “Liverpul”dan 53 milyon avro qarşılığında transfer olunmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



